İNSANLARI CƏNNƏTƏ VƏ CƏHƏNNƏMƏ APARAN NƏDİR?

0

Peyğəmbər (s.ə.s) belə buyurur:

“Qiyamət günündə mömin qulun tərəzisində gözəl əxlaqdan daha ağır heç nə olmaz. Allah-Təalanın çirkin davranışlar edən, çirkin sözlər söyləyən kimsədən xoşu gəlməz” (Tirmizi, Birr 61).

“Ən xeyirliniz əxlaqı gözəl olanınızdır” (Buxari, Mənaqib 23).

Peyğəmbərimizə:

“İnsanları cəhənəmə aparan şey nədir?” deyə soruşulduqda:

“Dil və cinsəl orqandır” deyə buyurdu (Tirmizi, Birr 62).

“Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” (İbn Hənbəl, II 381).

Rəsulallah (s.ə.s) namaza qalxdığında belə dua edərdi:

“Allahım, məni gözəl əxlaqa çatdır. Səndən başqa gözəl əxlaqa çatdıracaq olan yoxdur. Pis əxlaqı məndən uzaqlaşdır. səndən başqa pis əxlaqı məndən uzaqlaşdıracaq olan yoxdur”..! (Müslim, Müsafirin 201).

“Harada olursan ol, Allaha qarşı olan vəzifələrinin fərqində ol! Pisliyin ardından yaxşı əməl et ki, onu yox etsin. İnsanlara qarşı gözəl əxlaqlı ol!” (Tirmizi, Birr 55).

Heç bir ata övladına gözəl əxlaqdan daha üstün bir hədiyyə verməmişdir (Tirmizi, Birr 33).

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YERLİ KÜRD HÖKUMƏTİ TÜRKIYƏYƏ QARŞI OLAN MARKA BARƏDƏ AÇIQLAMA VERIB

Roma Papası Fransisin İraqa ziyarətindən sonra ölkənin şimalında buraxılan xatirə markasındakı təhrif və Türkiyənin ərazi bütövlüyünə qarşı hörmətsizliklə bağlı yerli...

Bağla