İnsan istəsə də, istəməsə də onun qarşısında əbədi axirət həyatı var. Axirətdə insanı ya sonsuz əzab, ya da sonsuz mükafat gözləyir.
Yaşadığımız bu fani dünyada əbədiyyət axtarmaq yerinə, verilən ömür sərmayəsini zay etmədən, sonsuz cənnət faydasını əldə edəcək şəkildə istifadə etmək lazımdır.
Buna görə də ömrün nə qədər qiymətli olduğunu dərk etmək şərtdir.
Ən qiymətli şey zaman olduğuna görə onu borc verib-borc almaq mümkün deyil. Bütün sərvətinizi də versəniz zamanı geri ala bilməzsiniz.
Bir atalar sözündə belə deyilir:
“Zamanla yaqut alınır, amma yaqutla zaman alınmaz”.
Mömin Allah-təalanın bəxş etdiyi ömür üçün təşəkkür içində olmalıdır. Bunun üçün də ömrü şəriətin işığında yaşmaq gərəkir.
Hədisi-Şərifdə buyrulur:
“Çox insan bu iki şey haqqında aldanar. Bunlardan biri sağlamlıq, digəri isə boş vaxtdır” (Buxari, Rikak, 1).
Demək ki, ömrü israf edəndə axirət həyatını da israf etmiş oluruq.
Osman Nuri Topbaş