İNSTAQRAM SOSİAL PLATFORMASININ İSTİFADƏSİ MƏHDUDLAŞDIRILACAQ

0

İranda instaqram sosial platformasının istifadəsi məhdudlaşdırılacaq.

Bildirilir ki, bu barədə İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cavad Kərimi Qudusi deyib.

Millət vəkili bu məlumatı informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromidən aldığını bildirib. O, instaqramın bu günə qədər bloklanmasının prezident Həsən Ruhaninin bu qərara qarşı olduğuna görə baş tutmadığını deyib. Qudusi özünün də instaqramın bloklanmasını dəstəklədiyini deyərək, hökumətin bu qərarının icrasında itirilən hər günü “xoşagəlməz hal” kimi dəyərləndirib.

Qeyd edək ki, bir neçə həftədir ki, İranda instaqramın bloklanacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bu istiqamətdə ölkənin bəzi rəsmiləri və axundları da dövlətə təzyiqlər göstərirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN ÖLKƏSİNDƏ TƏLƏBƏLƏRƏ ƏYLƏNMƏK QADAĞAN OLUNDU

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

Bağla