İrəvanda qızıl medal qazanan türk atlet dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib

0

Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Azərbaycana dəvətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

49 kq-da qitə çempionu olan idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun”, – Bektaş paylaşımda yazıb.

Qeyd edək ki, Cansu Bektaş İrəvandakı qələbəsini Azərbaycana həsr edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞİMALİ KİPR TÜRK RESPUBLİKASI TÜRKPA-YA MÜŞAHİDƏÇİ ÜZV SEÇİLİB

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) müşahidəçi üzv seçilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviterdə...

Bağla