İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanla telefon danışığı olub.
Nazirlər Danimarka və İsveçdə Quranın təhqir olunmasını pisləyiblər
İranlı nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclasını tələb edib.
Qeyd edək ki, ötən gün ultra milliyyətçi “Danimarka vətənpərvərləri” qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar.
“Danimarka vətənpərvərləri” ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.