İRANDA ALİ DİNİ LİDERİN DƏ XALQ TƏRƏFİNDƏN SEÇİLMƏSİ TƏKLİF OLUNDU

0

İranın islahatçı siyasətçilərindən Mustafa Taczadə ölkədəki ikihakimiyyətliyə son verilməsi üçün Ali dini liderin, yəni Vəliyi-Fəqhin xalq tərəfindən seçilməsi təklifini irəli sürüb.

M.Taczadə tvitterdəki şəxsi hesabında verdiyi açıqlamada Siyasi məqsədəuyğunluğun müəyyənləşməsi şurasının üzvü Hüseyn Seffarhərəndinin prezidentlik üsul-idarəsindən parlamentar sistemə keçməklə bağlı sözlərini tənqid edib. O, bunun yerinə bütün səlahiyyətlərin bir adamın əlində cəmləşməli olduğunu söyləyib.

Taczadə, inqilabın ilk illərində diktatorluğun meydana gəlməməsi naminə prezident və baş nazir vəzifələrinin mövcud olduğunu, lakin həmin vəziyyətin gözlənilən faydanı vermədiyi üçün baş nazirlik vəzifəsinin ləğv olunduğunu qeyd edib.

İranlı islahatçının rəyinə görə, parlamentar sistemə keçmək niyyətinin arxasında ölkədə seçkilərin sayının və xalqın ölkə idarəçiliyində təsirinin azaldılması məqsədləri durur.

Qeyd edək ki, İranda prezident xalq tərəfində seçilsə də ölkənin daxili və xarici siyasəti ilə bağlı əsas qərarlar ordunu, təhlükəsilzik qüvvələrini, kəşfiyyat və məhkəməni əlində tutan Ali dini lider tərəfindən verilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİ ZELANDİYADA TERROR TÖRƏDİLƏN MƏSCİDLƏR YENİDƏN AÇILACAQ

Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır. Polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və...

Bağla