İRANLI DÖYÜŞÇÜLƏR HƏZRƏTİ ÖMƏR MƏSCİDİNİN ADINI DƏYİŞDİRDİLƏR

0

İranlı döyüşçülər, Suriyanın Deyrizor şəhərinin şərq tərəfindəki Məhkən qəsəbəsində yerləşən “Ömərul-Faruq” məscidinin adını dəyişdirib.

Məlumata görə, Həzrəti Ömərin (ra) adını daşıyan “Ömərul-Faruq” sözü “Böıyük Məscid” (Məscidul-Kəbir) olaraq dəyişdirilib.

Yerli mənbələrin bildirdiyinə görə bir müddət əvvəl Rusiyanın bombardımanı nəticəsində  məsciddə dağıntılar meydana gəlib. Məscidi bərpa edən iranlı döyüşçülər məbədin adını və mümarlıq üslubunu dəyişdiriblər.  

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Əsəd rejiminə ən çox dəstək verən İran rejimi nəzarət etdiyi bölgələrdə demoqrafik və məzhəbi strukturu qəsdən dəyişdirir. Bu çərçivədə bir çox məscid və məqbərənin iranlı döyüşçülər tərəfindən uçurulduğu bildirilir.

Xatırladaq ki, Həzrəti Ömər (ra) İslam peyğəmbəri Həzrəti Muhammədin (ﷺ) səhabəsi və ilk İslam dövlətinin II xəlifəsidir.

Mahkan Ulu Cami yazısı

Haber7.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ-NİN TƏŞKİLAT ŞÖBƏSİNƏ YENİ MÜDİR TƏYİN OLUNUB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinə yeni müdir təyin olunub. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun...

Bağla