İraq Ədliyyə Nazirliyi son aylarda İsveçdə polisin himayəsi altında Qurani-Kərimi yandıran iraqlı Salvan Momikanın ekstradisiyasını istəyib.
Bu barədə İsveçin rəsmi xəbər agentliyi TT məlumat yayıb. Məlumata görə, İraq Ədliyyə Nazirliyi Momikanın ekstradisiyasını İsveç Ədliyyə Nazirliyindən rəsmi şəkildə tələb edib.
TT-yə açıqlama verən Momika ekstradisiya tələbini təsdiqləyib və məsələ ilə bağlı bu gün polisə açıqlama verəcəyini bildirib.
2021-ci ilin aprelində Miqrasiya İdarəsi 2018-ci ildə İsveçdə sığınacaq almış Momikaya 3 il müddətində müvəqqəti yaşamaq və işləmək icazəsi verib.