İraqın şimalında Türkiyə hərbçilərinə hücum olub, ölənlər və yaralananlar var

0

İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında – Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum sonucunda silahdaşlarımız baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman silahdaşımız yaralanıb və dərhal xəstəxanaya göndəriliblər”, – hərbi qurum açıqlayıb.

Milli Müdafiə Nazirliyi vurğulayıb ki, bölgədə əməliyyat davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb. Türkiyə...

Bağla