“Füzulidə təyyarədən endik və Şuşaya gəldik. Yolda savaşın izlərini müşahidə etdik. Bu duyğulandırıcı olduğu qədər eyni zamanda qürurlandırıcı idi”.
Bunu “Report”a açıqlamasında “Anadolu” Agentliyinin baş redaktoru Yusuf Özhan söyləyib.
“30 il işğal altında qalan ərazilərin azad olunması sadəcə Azərbaycan üçün deyil, bütün türk dünyası, xüsusilə Türkiyə üçün sevindirici hadisə idi. Şuşada keçirilən Beynəlxalq Media Forumunda mətbuat olaraq – “Anadolu” Agentliyi olaraq iştirak edirik. Burada həm Azərbaycandan, həm də əcnəbi media nümayəndələri ilə görüşlər keçirdik, gələcək planlara dair fikir mübadiləsi apardıq. Medianın gücləndirilməsi, jurnalistikanın inkişafı məsələsində önəmli işlər gördük”, – o vurğulayıb.