Mülki işğalçı yəhudilər İordan çayının Qərb sahilində Ölü dənizə (Lut gölü) gedən yolun kənarındakı divarların üstünə İslam peyğəmbərini (ﷺ) təhqir edən şüarlar yazıblar.
Bu barədə Fələstinin rəsmi “WAFA” agentliyi məlumat paylaşıb. Bu barədə social şəbəkələrdə də fotoşəkil paylaşıldığı qeyd edilib.
Qeyd edək ki, iyunun 15-də fanatic yəhudilərin Şərqi Qüdsdəki təxribatyönümlü bayraq yürüşündə də İslam peyğəmbəri (ﷺ) təhqir edilmişdi.
Xatırladaq ki, İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb sahilində 250-dən çox yəhudilərin yaşayış massivi var. Bu yerlərdə 400 mindən çox mülki yəhudi yaşayır və onlar yerli Fələstin xalqına qarşı tez-tez təxribatyönümlü aksiyalar təşkil edir.
Beynəlxalq konvensiyaya görə burada salınan yaşayış massivləri qeyri-leqaldır.
trthaber