İŞİD-İN MƏHV ETDİYİ MOSULDA MƏSCİDLƏR VƏ KİLSƏLƏR BƏRPA EDİLİR

0

İraqın böyük şəhərlərindən olan Mosulda İŞİD terror qruplaşmasının xaraba qoyduğu məscidlər və kilsələr bərpa ediləcək.

Məlumata görə, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı (UNESCO) şəhərin yenidən qurulması üçün layihə başladıb.

Bərpa layihəsi, “Mosulun ruhunun yenidən canlandırılması” adlanır.

Müxtəlif inanc sahibi olan bir qrup insan Mosulun simvolu olan 1 məscidi və 2 kilsəni bərpa edəcəklər.

Bərpa işlərinin papa Franksisin martda edəcəyi İraq ziyarəti öncəsində bitirilməsi planlaşdırılır. Pandemiya səbəbindən bu ziyarətin təxirə salınması da istisna edilmir.

Qeyd edək ki, İŞİD terror qruplaşması tərəfindən işğal edilərək məhv edilən Mosul şəhəri üç il əvvəl İraq ordusu tərəfindən işğaldan xilas edilib.

 

BBC Türk

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA MÜSƏLMANLARA QARŞI CİNAYƏTLƏR ARTIR

Almaniyada müsəlmanlara nifrət zəminində cinayətlərin sayı ötən ilin müqayisədə 2 faiz artıb. Bu barədə “Osnabrücker Zeitung” qəzeti Almaniyanın Daxili İşlər...

Bağla