Avstraliyada İslam dininin əleyhdarı olan fəal, “Birləşmiş Vətənsevərlər Cəbhəsi”nin (UPF) sabiq sədri Şeremon Berces (Shermon Burgess) müsəlman olduğunu bəyan edib.
Fanatik irqçiliyin simvolu hesab edilən Berces, 2015-ci ildə yaşadığı şəhərdə məscid tikintisinin əleyhində keçirilən aksiyada fəal iştirak etmişdi.
Berces sosial şəbəkədə, islam əleyhdarı başqa bir fəalla birlikdə şəhadət gətirərək müsəlman olduğunu təsdiq edib.
“Keçmişə qayıdacaq olsaq, milyon il də keçsə məni bir müsəlmanla yan-yana görə bilməzddiniz. Amma işlər dəyişilib. İndi üstümüzdə hökm sürən sionist və mason zalımlara qarşı müsəlmanların yanında olacağam.
Müsəlman cəmiyyət çox yaxşıdır və ehtiyacınız olduğu anda sizin yanınızda olur.” – deyə Berces qeyd edib.
Berces, UPF üzvlərinin onun müsəlman olmasına kəskin reaksiya veriyini yazaraq, Əksəriyyəti içki içən alkogoliklərdir. Mən islam dininin səhhətə verdiy önəmi, alkoqol və narkotiki qadağan etməsini sevirəm.” – deyə vurğulayıb.