İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI AZƏRBAYCANI TƏBRİK EDİB

0

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Azərbaycanı növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.

Bu barədə təşkilatın sosial şəbəkədəki rəsmi səhifəsində paylaşım edilib.

Təbrikdə qeyd olunub ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün İƏT Baş Katibliyi Azərbaycan hökumətinin dəvəti ilə səlahiyyətli müşahidəçilərdən ibarət nümayəndə heyətini ölkəyə göndərib. Baş katib parlament seçkilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də keçirildiyini vurğulayıb.

Baş katib bildirib ki, təşkilatın nümayəndə heyəti seçkilərə hazırlığı, səsvermə prosesini və səslərin hesablanması mərhələsini müşahidə edib. Bundan əlavə, İƏT missiyası Azərbaycan Respublikasının seçki orqanları ilə görüşlər keçirib, bununla yanaşı, səsvermə prosesi ilə bağlı brifinq təşkil edib: “İƏT-in nümayəndə heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil, yüksək seçici fəallığı ilə keçdiyini qeyd edib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İstiazə: Aləmlərin Rəbbi Olan Allaha Sığınmaq

Bəşəriyyətin yaşadığı ilk təcrübə insanın nə qədər aciz bir varlıq olduğunu, hətta köməyə möhtac olduğunu bütün aləmə göstərir. Allah-Təala həzrət...

Bağla