İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI YAXIN ŞƏRQ PROBLEMİLƏ BAĞLI SƏNƏD QƏBUL ETDİ

0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail – Fələstin münaqişəsinin kəskinləşməsilə bağlı Nazirlər Şurasının Qətnaməsini qəbul edib.

Üzv ölkələrin xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanının təşəbbüsü ilə videoformatda keçirilən görüşündə qəbul edilən qətnamədə bildirilir:

“İƏT Nazirlər Şurasının Qətnaməsində İsrailin işğal edilmiş Fələstin torpaqlarında məskən salmasını və həmin torpaqlarda aparteid sistemi tətbiqini rədd edərək qınayır”.

Beynəlxalq ictimaiyyətə “əxlaqi, humanist və leqal öhdəliyini yerinə yetirmək” üçün çağırış edən təşkilatın baş katibi Yusif bin Əhməd əl-Üseymini, İsraildən Fələstin xalqına, müqəddəslərinə, əmlakına və beynəlxalq konvensiya ilə  tənzimlənən hüquqlarına istiqamətlənmiş hücumların dayandırılmağını tələb edib.

“Hücumlarla yanaşı fələstinlilərin əmlakını müsadirə etmək, torpaqların qanuni sahiblərini yerindən çıxarmağa cəhd etmək onların sahib olduqları hüququ görməməzliyə vurmaqdır və sülh prosesinə zərbə vurur. Problemin ədalətli, hərtərəfli və daimi həlli yolu yönündə səyləri də nəticəsiz qoyur.” – deyə Üseymini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT-Ə ÜZV ÖLKƏLƏR FƏLƏSTİN-İSRAİL MÜNAQİŞƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Türkiyənin təşəbbüsü ilə bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə konfransı keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında...

Bağla