Böyük hədis alimlərindən olan professor Muhamməd Mustafa əl-Əzəmi 87 yaşında dünyasını dəyişib.
Misirin Əzhər universitetində təhsil alan əl-Əzəmi, “Studiesin Early Hadith Literature” adlı elmi işi ilə Kembriç universitetində doktorantını tamamlayıb. 1955 – 64-cü illər arasında Qətər milli kitabxanasında araşdırmalar aparan alim, doktorantını başa vurduqdan sonra Məkkədəki “Ümmül Qura”, Miçiqan, Princeton və Kolorado universitetlərində müxtəlif vəzifələrdə işləyib.
“Kral Səud” universitetinin İslami Təhqiqatlar bölümündən pensiyaya çıxan alim, burda fəxri professor unvanına layiq görülüb. Əl-Əzəminin tələbəsi olmuş “İbn Haldun” universitetinin rektoru professor Rəcəb Şəntürk onun, hədisləri inkar edən qərbli oryentalistlərin iddialarına ən layiqli cavabı verən alimlərdən biri olduğunu deyib. Muhamməd Mustafa əl-Əzəmin “İslam fiqhi və sünnə”, “Oryentalist C. Şeşterin (j. Schacht) tənqidi” və “Quran tarixi” kitabları türk dilinə tərcümə edilib. Allah rəhmət eləsin.
Xəbər:Şirəli Məmmədov