İSLAM DÜŞMƏNİ FƏRARİ ƏSGƏR HƏLƏ TAPILMAYIB

0

Xəbər verdiyimiz kimi keçən həftə Belçikada hərbi hissələrədən birindən bəzi silahlar götürərək qaçan hərbçi Curqen Koninqs hələ də tapılmayıb.

46 yaşlı fərarinin Limburq şəhəri yaxınlığındakı meşədə gizləndiyi ehtimal edildiyi üçün əraziyə xüsusi təyinatlı qüvvələr cəlb edilib. Ətrafda yaşayan insanlara isə təbii qoruq ərazisi olan meşədə gəzintiyə çıxmamaları üçün xəbərdarlıq edilib.

Fanatik irqçi olan Koninqs daha əvvəl Belçika sülhməramlılarının tərkibində İraq, Əfqanıstan və Kosovoda olub.

Onun törədəcəyi terakt ehtimalına qarşı Limburq şəhəri ətrafındakı bəzi məscidlər bağlanıb. Açıq olan məscidlərə isə ibadət vaxtı qapını içəridən bağlamaq barədə xəbərdarlıq edilib.

Fərari hərbçinin başqa ölkəyə keçmə ehtimalına qarşı Almaniya və Hollandiya sərhədçiləri gücləndirilmiş iş rejiminə keçiblər.

Bir həftədir axtarışda olan fərari hərbçi üçün son cəhd, interpoldan kömək istəmək olub. Artıq interpol onun şəklini və məlumatlarını öz saytında axtarışda olanların siyahısına əlavə edib.

Belçikadakı Türkiyə səfirliyi isə rəsmi Tvitter səhifəsində bölgədə yaşayan türklərə xəbərdarlıq edib və onları diqqətli olmağa dəvət edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İƏT AZƏRBAYCANLA SIX ƏLAQƏLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR”

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Usaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb. Məktubda deyilir: "Zati-aliləri....

Bağla