İslam İnkişaf Bankı ilə Qarabağdakı layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib

0

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Məhəmməd Abdelvahab ilə görüşərək onunla işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Bunu nazir tviter hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə həmçinin ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri, qurumla tərəfdaşlığın prioritet istiqamətləri müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir

Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, konfransda...

Bağla