İSLAM QARDAŞLIĞINI ZƏDƏLƏYƏN XÜSUS – QISQANCLIQ

0

Rəsulullah (s.ə.s)-in səhabələrindən biri olan Əbu Hüreyrədən (r.a) gələn rəvayətə görə Rəsulullah (s.ə.s) belə buyurdu: “Bir-birini­zi qısqanmayın.

Bir-birinizin əleyhinə qiymətləri qızışdırmayın (nəcş etməyin). Bir-birinizə kin bəsləməyin. Bir-birinizə arxa çevirməyin. Bir kimsə başqasının alveri üstünə alver etməsin. Ey Allahın qulları! Qardaş olun, müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu tərk etməz. Ona yalan söyləməz. -Üç dəfə sinəsinə(qəlbinə) işarə edərək- təqva buradadır. Bir möminə günah olaraq müsəlman qardaşını özündən aşağı görməsi kifayətdir. Müsəlmanın müsləmana qanı, malı və namusu haramdır.” (Müslim, əl-Birr vəs-Sıla, 32)

Bu hədisin böyük faydaları və olduqca çox mənaları vardır. Qardaş­lığı əmr etməkdə və bəzi əsaslarını ortaya qoymaqdadır. Qısqanclıq, yalan və aldatma, bir-birinə nifrət etmək, bir-birinə arxa çevirmək, başqalarını özündən aşağı görmək və buna bənzə­r xüsusiyyətlərdən, qardaşlıq və sevgini ortadan qaldıran müxtəlif mənfi xüsusiyyətlərdən çəkindirməkdədir.

Eyni şəkildə bu hədisi-şərif müsəlmanın malının, namusu və canının haram olduğuna da dəlil təşkil etməkdədir. Bu üç xüsusa isə kifayət qədər önəm vermədikcə heç bir cəmiyyət varlığını qoruya biməz. (Nəvəvi, Qırx Hədis Şərhi, 358)

Qısqanclıq:

Bizim burada haqqında danışacağımız qısqanclıq din qardaşını, onda olan üstün cəhətləri qısqanmaq haqqında olacaqdır.

Qısqanclıq bir insanın başqasının sahib olduğu nemətin zay olmasını istəməsidir. Məsələn, bir nəfər öz din qardaşında bir nemət, yaxud bir üstünlük olduğunu görüb, o nemətin ondan alınıb qardaşının ondan məhrum edilmə­siylə birlikdə, yalnız özünün olmasını istəməsi bir qısqanclıqdır. Bu elə böyük bir xəstəlikdir ki, bundan xilas olan müsəlmanların sayı çox azdır. Çünki insan hər hansı bir xüsusda başqalarının özündən üstün olmasından xoşlanmaz. O halda müsəlmanın bu mənfi xəstəlikdən ruhunu təmizləməyə çalışması lazımdır. Bu şəkildə bir qısqanclıq haramdır. Çünki Rəsulullah (s.ə.s): “Bir-biri­nizi qısqanmayın” buyurmuştur. Qısqanclığın haram olunmasındakı hik­mət isə odur ki, qısqanclıqda Uca Allaha qarşı bir etiraz var. Qısqanc adam öz halıyıa: Ey Rabbim, filan şəxsə necə olur ki, mənə vermədiyin vəzifə, mal və ya hər hansı bir neməti verirsən? deyir. Buna görə də şairlərdən biri belə demişdir:

“Məni qısqanmaqla gözü götürməyən şəxsə de ki: “Kimə qarşı hörmətsizlik etdiyini bilir­sənmi?

Sən Allaha qarşı Onun hökmündə hörmətsizlik edirsən, çünki, sən Allahın mənə bağışladığı nemətlərə razı deyilsən.

Rəbbim mənə nemətini artırmaqla və sənin qarşına da (bu nemətləri) əldə etmək yollarını bağlayaraq səni cəzalandırdı.” (Qurtubi, V, 251)

Qurtubi qeyd edir ki: “Diğər tərəfdən qısqanclıqda Uca Yaradanın hikmətsiz iş gördüyü ittihamı vardır. Bu ittiham Onun layiq olmayan şəxsə nemət ehsan etdiyi iddiası daşımaqdır. (Qurtubi, II, 71)

Qısqanc insanlar iki növdür:

1.  Bəzisi söz və davranışı, qardaşına qarşı haqsızlıq etməsi ilə və sonra da bu neməti öz əlinə keçirməsinə çalışması ilə olur.

2. Bəzisi o nemətin öz əlinə keçməsi üçün çalışmadan, qısqandığı şəxsdən o nemətin getməsi üçün söz və davranışlarla kifayətlənir. Yəni gecə-gündüz çalışır ki, nə olursa-olsun, bu üstün hal ondan yox olsun. Nəticədə mən ondan üstün olum. Bu da insanı psixoloji cəhətdən xəstə edir. Eyni zamanda bilinməlidir ki, qısqanclıq münafiqlərin xüsusiyyətidir.

Uca Allah belə buyurur: “Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər.” (əl-Bəqərə, 109)

Qısqanclıq ən güclü bağları belə ortadan qaldırır.

Yaqub (ə.s)-ın oğulları qardaşları Yusif (ə.s)-ı qısqandılar. Onlar bu­nun nəticəsində də yaddaşlardan silinməyəcək dərəcədə çirkin bir işə əl atdılar və hər kəsə dərs olacaq rüsvayçılıqla qarşı-qarşıya qaldılar. Gördüyümüz kimi həqiqətən də qısqanclıq həddindən artıq pis bir xüsusiyyətdir. Qardaşların Yusif (ə.s)-ı quyuya atmaqlarına səbəb atalarının ona olan sevgisini qısqanmaları olmuşdur.  Qurani-Kərimdə qısqanclığı pisləyən və bu haqda xəbər verilən misallardan biri də Adəmin (ə.s) iki oğludur. Bu misalda görürük ki, qısqanclıq o qədər pis bir xüsusiyyətdir ki, hətta insanı doğma qardaşı belə öldürməyə vadar edir. İçindəki qısqanclıq atəşi o dərəcəyə çatdı ki, öz doğma qardaşını öldürdü və ziyana uğrayanlardan oldu.

İstər dünyada, istərsə də axirətdə acı və rüsvayedici bir hadisə ilə qarşılaşmamağımız üçün çirkin bir xüsusiyyət olan qısqanclıqdan uzaq olmalıyıq.

AQİL ƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİR VƏFA DƏRSİ

Bu yaxınlarda xəbərlər proqramının birində ibrətli bir hadisənin şahidi olduğum zaman bu hadisəni qələmə alıb sizinlə paylaşacağıma söz vermişdim öz-özümə....

Bağla