Pakistanda dinc insanlara qarşı terror aktı törədilib.
Din.az bildirir ki, Pakistan İslam Respublikasının cənub-qərbində yerləşən Bəlucistan əyalətində naməlum şəxslər avtobusu saxlayaraq, içərisindəki sərnişinləri çölə çıxarıblar.
Pakistanın Qvadar şəhərinin polis rəisi Məhəmməd Vasim bildirib ki, cinayətkar dəstə 14 nəfər güllələyərək qətlə yetirib.
Onun sözlərinə görə, hücum edənlər sərnişinlərdən sənədlərini göstərməyi tələb ediblər.
Pakistaın Baş naziri İmran Xan bu terror aktını pisləyib və ölənlərin qohum və yaxınlarına başsağlığı verib.