İSLAMDA ADLAR

0

Yeni doğulan uşağa və ya sonradan müsəlman olan kimsəyə ad qoymaq:

Varlıqları bildirmək və ya şəxsləri digərlərindən ayırmaq üçün istifadə edilən kəlmələrə ad deyilir. Allah Təala yer üzündə yaratdığı ilk insan və ilk Peyğəmbər olan Adəm (a.s)-a hər şeyin adını və faydasını bildirdiyini Qurani Kərimdə xəbər verdi.

Tarixin hər dövründə insanlar inanc və adətlərinə görə ad qoyurdular. Türklərin islamiyyəti qəbulundən öncəki adları uşaqlıq və gənclik dönəmlərində olmaq üzərə iki dönəmdə verilirdi. Uşaqlara adlar ən yaşlılar tərəfindən qoyulardı. Əsas ad gənclik çağında göstərilən qəhrəmanlıqdan sonra qoyulurdu.

Ad qoymaq uşağın atası üzərindəki haqqıdır. Əgər atası vəfat etmişsə bu haqqı ana istifadə edə bilər. Peyğəmbərimizə “Məhəmməd” adını babası Abdülmüttəlib qoymuşdu. Uşağa ad qoyma mərasimində uşağın atası, babası və ya ən yaşlı, elmi ən çox olan uşağı qucağına alır, dəstəmazlı olaraq qibləyə dönür və ayaq üstə sağ qulağına azan, sol qulağına iqamə oxuyur. Üç dəfə qulaqlarına qoyduqları adı söyləyir və beləcə ad qoyulmuş olur.

Ad seçmə xüsusunda İslam alimləri bəzi hökmlər qoymuşdur. Həm söylənişi, həm də mənası gözəl olan ad qoymaq müstəhabdır. Uşağa qoyulacaq adların ən dəyərliləri olaraq Abdullah, Abdurrahman, Əhməd, Məhəmməd, İbrahim adları bildirilmişdir. Bunlar Allah Təalanın sevdiklərini xatırladan adlardır. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur ki: Qiyamət günündə atalarınızın adları ilə çağırılacaqsınız. Bu baxımdan uşaqlarnıza gözəl adlar qoymağınız məsləhətdir (Əbu Davud, 61).

Ad sahiblərinə şəfaət:   

Hər peyğəmbər öz adından olanlara, hər alim və övliya da öz adından olanlara şəfaət edəcəkdir. Gözəl adın bu yöndən əhəmiyyəti vardır. Hədisi-şərifdə buyurulur ki: Allah qatında ən gözəl olan ad Abdullah və Abdurrahmandır.

Bəzən elə olur ki, adları qısaldırıq və belə olduqda onların mənasını pozur və və anlamsız adlarla bir-birimizə səslənirik. Məsələn: Abdullaha Abo, İbrahimə İbo, Zeynəbə Zeyno və s.

Adın tale ilə bağlılığı:

Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü olan adımızdır və heç nəyə görə yox, məhz adımıza görə bizi yad edəcəklər. İnsanın adının taleyinə sirayət etməsi inancı qədim Misir və Hind mədəniyyətindən qaynaqlanır. Maraqlı burasıdır ki, Hindistanda hələ də bu ənənəyə inanırlar.

Dünyada ən uzun adlar:

Dünyada ən uzun ad 1478 hərfdən ibarətdir. Onu oxumaq üçün ondan az olmayan dəqiqə tələb olunur. Məşhur rəssam Pablo Pikassonu hamı tanıyır. Amma heç də hamı onun adının və soyadının bütöv dəstini bilmir. Onun adı belədir: De Fransisko Pablo Dieqo Xozesi Nepomukena Krispin Krispiano De La Santis İmanın Paula Xuani Trinidad Ruiz Pikasso. Onun adında tam 103 hərf var.

Nənə, baba adını uşağa qoymaq düzgündürmü?

Bizim cəmiyyətdə qəribə bir adət var. Yeni doğulan körpəyə adətən valideynin yaşayan yaxud da rəhmətə gedən ana atasının adı verilir. Dünyasını dəyişmiş nənə və babanın adının uşağa verilməsinin həm müsbət, həm də mənfi cəhətləri var. Burada həmin şəxsin həyatda necə insan olmasının, yaddaşlarda necə qalmasının böyük əhəmiyyəti var.

Uşağa ad seçərkən son sözü valideynlər deməklə bütün məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Çünki bir sıra ailələrdə adqoyma prosesinə az qala bütün nəsil müdaxilə edir. Çikaqo alimlərinin apardığı tətqiqatlar göstərir ki, qəribə və qeyri-adi adı olan insanlar ona lağ edilməməsi və normal münasibət üçün həmişə mübarizə aparır və bu ona pis təsir edir.

Qədimdə doğulan uşaqlara müqəddəs insanların, tarixi şəxsiyyətlərin, Peyğəmbərlərin adını qoymaq çox dəbdə idi. Şərq ölkələrində Quranda qeyd olunan adlardan istifadə etmək ənənəsi indi də var.

Çox vaxt uşaq anadan olmamışdan yaxınlarından kimsə uşağa ad seçir. Qohumun sözünü yerə salmaq istəməyən valideynlər əksər hallarda bu seçimlə razılaşırlar. Amma bu ad sizin ürəyinizcə deyilsə, buna etiraz etmək lazımdır. Sonra bu adla uşağı çağırmaq sizə xoş olmayacaq. Südəmər körpə valideyinin məhəbbətini onun səsindən və emosiyasından hiss edir. Əgər siz onun adını çətinliklə, məcburən dilinizə gətirirsinizsə və bu an heç bir xoş hiss keçirmirsinizsə uşaq bunu hiss edəcək.

Adın uzun və ya qısa olması, soyada yaraşıb yaraşmaması da vacibdir. Uzun və köhnə adlardan uşaqdlar ən çox məktəb illərində əziyyət çəkirlər.

İçində Peyğəmbərlərdən birinin adını daşıyan adam olduğu evə mələklər vasitəsilə hər gün iki dəfə xeyir-bərəkət gələr.

Qız uşaqlarının adına gəlincə, hədislərdən, islam müqəddəslərinin həyat tərzindən məlum olur ki, ən çox bəyənilən və tövsiyyə edilən adlar bunlardır: Xədicə, Fatimə, Zeynəb, Ümmü Gülsüm, Məryəm, Zəhra, Səkinə.

Fatimə YUSİFOVA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR ANA BİR MƏKTƏBDİR

Ana-ataya hörmət çox vacibdir. Hər ana övladını əvvəlcə doqquz ay bətnində daha sonra da bir ömür boyu ürəyində daşıyar. Hər...

Bağla