Türkiyə Diyarbəkirin Sur rayonundakı tarixi Ulu Məscidinə 5 ildir gələn yerli və xarici turistlərə 6 dildə bələdçilik xidməti göstərən Yaser Aydın bu müddət ərzində turistlərin müsəlman olmasına şahid olub.
33 sivilizasiyaya ev sahibliyi edən Diyarbəkir ilin 12 ayı yerli və xarici turistlərin üz tutduğu şəhərlərdən biridir. Şəhərə gələn turistlərin sayı hər il artarkən, ziyarət edilən yerlərin başında mərkəz Sur rayonunda Hasan Paşa Hanı, Ongözlü Körpüsü, Hz. Süleyman Məscidi və İslam dünyasının 5-ci Hərəmi Şərifi kimi tanınan Ulu Məscid gəlir.
Gün ərzində şəhərə təxminən 80-90 tur qrupu gəlir və onlar hökmən Ulu Məscidi ziyarət edir. Ulu Məscid bələdçisi Yaser Aydın 5 ildir ki, İslamı ərəb, ingilis, rus, ispan, türk və kürd dillərində izah edir və dini materiallar hədiyyə edir. Aydın 5 ildə 14 nəfərin müsəlman olmasının şahidi olub.