“İSLAMİ VƏHDƏT” KONFRANSI YEKUN BƏYANATINI VERİB: İSRAİLLƏ ƏLAQƏLƏRİ NORMALLAŞDIRMAQ OLMAZ

0

“İsraillə əlaqələri normallaşdırmaq rədd edilir və dərhal Yəmənə qarşı müharibə dayandırılmalıdır”

Bildirilir ki, bu tələblər Tehranda keçirilən “Beynəlxalq İslami Vəhdət” konfransının 32 toplantısının yekun bəyanatında irəli sürülüb.

Bildirilib ki, “Qüds ümmətin vəhdətinin əsasıdır” devizi altında keçirilən konfransın yekun bəyanatı əsasən Yəmən müharibəsinin dərhal dayandırılmasına habelə Qüdsün, Fələstinin və Suriya torpaqlarının işğalına göz yumaraq, İsraillə əlaqələri qurmağ siyasətinin tənqidinə köklənib.

100 ölkədən 300 din alimi, din xadimi, mütəfəkkir və ziyalının qatıldığı bu konfransda tələb olunub ki, İslam ümmətinin əsas problemi olan Fələstin üzərində köklənsinlər və onları təfriqəyə apara biləcək məsələləri haşiyəyə qoysunlar. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hz. Peyğəmbərin Gənclərə Etimadı

Bağla