İSLAMIN ƏLEYHINƏ KITAB YAZAN HOLLANDIYALI SIYASƏTÇI MÜSƏLMAN OLDU

0

Hollandiyada keçmiş siyasətçi Yoram van Klaveren İslam dininin əleyhinə kitab yazarkən müsəlmanlığı qəbul edib. Məlumata görə, bir vaxtlar irqçi Azadlıq Partiyasının (PVV) deputatı və partiya liderlərindən biri olan 39 yaşlı Klaveren İslam əleyhinə kitab yazmaq üçün tədqiqat apardığı zaman bu dinə qarşı fikirləri dəyişilib. Yerli mətbuatın xəbərinə görə, ötən il oktyabr ayında müsəlman olan sabiq siyasətçi İslam əleyhində formalaşmış fikirlərə qarşı kitab yazır.

Qeyd edək ki, 2010 – 2017-ci illərdə Hollandiya parlamentinin deputatı olan Klaveren, 2014-cü ildə PVV lideri Qirt Vildersin mərakeşlilərin əleyhinə dediyi irqçi fikirlərə görə bu partiyadan ayrılaraq müstəqil millət vəkili olmuşdu.  

Xatırladaq ki, bir vaxtlar PVV partiyasının üzvü olan, daha sonra Birlik Partiyasını quran Arnoud van Dorn da təxminən 6 il əvvəl İslam dinini qəbul etmişdi. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SAATLIDA DİNİ İCMALARLA BİRGƏ TƏDBİR KEÇİRİLİB

Fevralın 4-də Saatlı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı...

Bağla