İSLAMIN BƏXŞ ETDİYİ ƏN BÖYÜK DƏYƏR: QARDAŞLIQ

0

Allah Təala , Hucurat surəsinin onuncu ayəsində belə buyurur: “Mömünlər ancaq qardaşdırlar. Elə isə iki qardaşınızın arasını düzəldin. Allaha itaət edin ki, onun rəhməti ilə şərəflənəsiniz.” (əl-Hucurat 49/10) Uca Allah bu ayədə açıqca mömünlərin qardaş olduqlarını buyurur. Hucurat surəsinin onuncu ayəsini dərin bir təfəkkürlə düşündükdə ayənin geniş mənalar ehtiva etdiyini anlayacağıq. İslam mömünlərin qardaş olduğunu əmr edərək meydana gələcək polemiklərin, problemlərin, çaxnaşmaların və bütün mənfi halların önünə sədd çəkir. Mömünlərin qardaşlığını zəncirin halqaları kimi düşünə bilərik. Zəncirin halqaları bir-birinə möhkəmcə bağlıdır. Bu halqalardan birini qoparmaq böyük zəhmət tələb edir. Mömünlər də qardaş olduqlarında zəncirin halqaları kimi olurlar. Onları bir-birindən qoparmaq və ya aralamaq mümkün deyildir. Mömünlərin qardaşlığına mühacir və ənsarın arasındakı qardaşlığı göstərə bilərik. Qüreyşin zülmündən Mədinəyə hicrət edən mühacirlər bütün varidatlarını Məkkədə qoyub gəlmişdilər. Əllərində heç nə yox idi. Ənsardan olan müsəlmanlar din qardaşları üçün evlərini açdılar, yeməklərini onlarla paylaşdılar. Onları özləri bilib bağırlarına basdılar. Heç kəs aralarına ralarına nifaq toxumu əkə bilmədi. Mömünlərin qardaşlığına öz tariximizdən də misal çəkə bilərik. Birinci dünya müharibəsi illərində çətin vəziyyətdə olan Osmanlı dövləti və Anadoludakı qardaşları üçün azərbaycanlı müsəlmanlar bir araya gələrək yardım topladılar. “Qardaş köməyi” aksiyası altında toplanan yardım karvanı Anadoluya göndərildi. Ən gözəl örnək olan mühacir və ənsarın qardaşlığını özlərinə şuar qəbul edən atalarımız bu prinsipin ən çətin vəziyyətdə belə yaşadıla biləcəyini gələcək nəsillərə öyrətdilər. Bu gün müsəlmanlar olaraq bu prinsipə möhkəmcə bağlanmalıyıq. Əks halda düşmənin iti caynaqları zəncirin hər bir halqasını qoparar və mömünləri bir-birindən aralayaq yox edər.

Mömünlərin qardaşlığı sözdə qardaşlıqdan ibarət olmamalıdır. Dildə, fikrində və əməldə bütün mömünlər qardaş olmalıdır. Həzrət Peyğəmbərdən (s.) bu yöndə çox hədis gəlmişdir. Həzrət Peyğmbərin (s.) buyurduğu bu gözəl kəlamlar Hucurat surəsinin onuncu ayəsinin təfsiri mahiyyətindədir. Eyni zamanda bu hikmətli sözlər Allahın kəlamını doğru anlamaq yolunda bizə bələdçilik edir. Müsəlmanlar olaraq hər birimiz Allahın kəlamına və Hzərət Məhəmmədin (s.) sözünə əməl etməliyik.

Belə ki, Allah Rəsulu (s.) belə buyurur:

“Sizdən biri özü üçün istədiyini mömün kardeşi için istəmədikcə həqiqi mömün olmaz!” (Tirmizi, “Sifatu`l-Qiyamə” 59).

“Diqqətli olun! Müsəlman müsəlmanın qardaşıdır. Müsəlmana könlü razı olmadan qardaşının malı halal deyildir.” (Tirmizi, “Təfsiru`l-Quran” 9).

“Bir müsəlmanın din qardaşına qarşı beş vəzifəsi vardır: salamı almaq, asqıran din qardaşına “yərhəmukəllah” (Allah sənə mərhəmət eləsin!) deyərək dua etmək, dəvətə qatılmaq, xəstələri ziyarət etmək və cənazələrə qatılmaq.” (Müslim, “Salam” 4).

“Kim bir din qardaşının şərəfini mühafizə edərsə, Allah da qiyamət günü cəhənnəm atəşini ondan uzaq tutar.” (Tirmizi, “Birr və Sıla” 20).

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT nümayəndə heyəti Gəncədə ermənilərin raket hücumuna məruz qalan əraziyə baxış keçirib

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində...

Bağla