İSLAMIN QIZIL DÖVRÜ YOXSA RENESSANS?

0

Dünyada elə terminlər var ki, onların tam mənada tərifi yoxdur. Məsələn, “mədəniyyət” bu terminlərdən sadəcə biridir. Həm qərb mənşəli, həm də şərq mənşəli lüğətlərə baxsaq bu sözün bir-birindən fərqli təriflərlə açıqlandığını görərik. Zənnimizcə, mədəniyyət sözü haqqında bir-birindən fərqli təriflərlərin olmasının səbəbi ümumbəşəri dəyərləri ifadə etməsidir. Yəni, qədimlərdən bəri gələn mədəniyyət termini nə qərblidir, nə də şərqlidir. Nə yunanlıdır, nə də müsəlmandır. Hər millətin ən gözəl xüsusiyyətlərini, hər dövrün kəşf və ixtiralarını, elmi nəaliyyətlərini özündə cəmləşdirərək sələflərinə miras qalmışdır. Buna görə mədəniyyətin irqi, dili və dini yoxdur. Bir zamanlar qədim Misirdə ortaya çıxan yüksəlmə və inkişaf dövrü öz mədəniyyət xüsusiyyətlərini Yunanistana miras qoymuşdur. Yunan fəlsəfəsi ilə əksikliklərini tamamlayan mədəniyyət, daha sonra müsəlmanlara miras qalmışdır. Müsəlmanlar mədəniyyət termininin sözün əsl mənasında haqqını vermişdir. Bu müsəlmanların təbiətindən çox İslamın elmə və insanlığa verdiyi dəyərdən qaynaqlanırdı. Müsəlmanlar İslam dininin qoyduğu qanunlar çərçivəsində öncəki nəsillərdən miras aldıqları mədəniyyət üzərinə əlavələr etmişlər. Beləcə İslam dünyasında uzun əsrlər davam edəcək qızıl dövr başlandı. Aynanın kəşfindən I, II, III dərəcəli tənliklərin inkişaf etdirilməsinə qədər, Astronomiya sahəsində yeniliklərin gətirilməsindən ilk qlobusun kəşfinə və dəqiq ölçülərlə Ekvator xəttinin uzunluğunun təyin edilməsinə qədər, sistemləşdirilmiş kimya elminin təsis edilməsindən optik sahədəki nailiyyətlərə qədər hər sahədə yeni-yeni kəşflər edilməyə başlandı.

            İslam dini o qədər humanist bir dindir ki, kafir belə olsa insanın qanının tökülməsinə razı olmaz. Bu düstur hər sahədə keçərlidir. Müsəlmanlar da sadəcə Allaha verdikləri sözü yerinə yetirmək üçün etdikləri kəşfləri əsla qərblilər kimi gizlətməmişlər. Həmçinin İslam təhsil sistemində qaynaq göstərmə (dipnot) metodu ilk dövrlərdən bəri inkişaf etmişdir. Buna görə müsəlmanlar hər sahədə yeni bir şey etdiklərində yararlandıqları qaynaqları mütləq qeyd edirdilər. Yəni, elmdə də ədalət prinsipinə hər zaman əməl edilirdi. Məhz bu xüsusiyyətlərinə görə İslamın qızıl dövrü XVI əsrin sonlarına qədər davam etmişdir.

            İslam dünyasında geriləmə dövrünün başlanması ilə mədəniyyət artıq yeni sahiblərinə-qərblilərə miras qaldı. Beləcə qərbdə məşhur Renessans dövrü başladı. Lakin mədəniyyətin yeni sahibləri əvvəlki sahibləri kimi qaynaq göstərmə metoduna baş vurmadılar. Əvvəllər müsəlmanlardan aldıqları kəşf və ixtiraları özlərinki kimi göstərməyə başladılar. Qazanılan nəaliyyətlərdə qaynaqların göstərilməməsi mədəni mirasın təməlində duran daşların kimlər tərəfindən qoyulduğunu unutdurdu. Bəli, bu açıq dəlillərə baxmayaraq müsəlmanlar hələ də Renessansı İslamın qızıl dövründən üstün görürlər. Ancaq qədim Yunanca, Farsca və Ərəbcə bilən hər kəs kalssik mətnləri oxuyub təhlil etdiyində hansı dövrün daha üstün olduğunu rahatca seçə biləcəkdir. Bu seçim insanların əlindədir. Ancaq insan, həqiqət naminə hər şeyi əsl mənbələrindən oxuyaraq hər iki dövrü ağıl süzgəcindən keçirərsə İslamın qızıl dövrünün Renessansdan daha üstün mövqedə olduğunu görəcəkdir.

            Zənnimizcə, müsəlmanlar klassik qaynaqları ağıl süzgəcindən keçirərək günümüzün elm və texnologiyası ilə təhlil etməlidir. Bu vaxt Allah rizasını qazanma yolunda insalıq naminə daha faydalı kəşflərə imza atacaqlar. Bir zamanlar Cabir ibn Xəyyanın iddia etdiyi ayın səthinə ayaq basmaq fikri dövrümüzdə reallaşıbsa, İslam mütəfəkkirlərinə məxsus olan daha necə gizli qalmış fikirlər kəşf edildiyi təqdirdə reallaşacaqdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTANINDA OLAN TÜRK MƏKTƏBLƏRİ BAĞLANIR

Səudiyyə Ərəbistan krallığı, ölkəsində Təhsil Nazirliyinə bağlı fəaliyyət göstərən türk məktəblərinin qapadılmasına qərar verib. Məlumata görə, ölkənin müxtəlif vilayətlərində olan...

Bağla