İSLAMLA HƏYAT TAPANLAR

0

Stefan Makovski Berlində işləyən məhşur bir qrafik mütəxəssisi idi.İşləmək üçün seçdiyi atelye ilə bağlı çox peşəkarcasına hərəkət edirdi və Alman sənətkarın əsərləri göstərildiyi sərgilərdə çox izləyici cəlb edirdi. 

Ancaq çox sevdiyi sənəti onu mənəvi baxımdan tam xoşbəxt etmirdi.İnsanın öz gizli dünyasını tanıması və bu bilinməyənlər aləminə uyğun mənəvi qidanın təminatı fikri, sənətkarı çox ciddi formada düşündürürdü.Hətta bu sahədə elmi tədqiqat aparmaqla bağlı bir ev tutmaq istəyirdi. Hər şey bu arzu ilə başlayırdı.Elə o dəqiqə də, qəzet elanında gördüyü ilk uyğun evi tutmaq üçün işə başlamışdı…

          Qəribədir ki, zəng etdiyi ev, öz evinin çox yaxınlığında yerləşirdi. Və həmin evə gəlir. Qapını ilk açan təxminən on yaşında olan uşaq, onu bir daha heyrətləndirir. Çünki başında fəsi olan bu uşağın əynində ona çox yaraşan ağ bir əba var idi. Nə üçün gəldiyini deyir. Balaca:“Bir dəqiqə, Şeyx Əliyə xəbər verim”,- deyir. Stefan Makovski elə bil yuxudadır. Bir başqa aləmin qapısını  döyəndə gerçəkləri anlamağa başlayır.

          Bir az sonra qapıya gələn Şeyx Əli isə,özünün də tez-tez getdiyi keyfiyyətli bir restoranın şef yemək paylayanı idi. Başındakı ağ sarığı və əbasına yaraşan şirin bir təbəssümlə onu içəri dəvət edir. Get-gedə artan maraqla ayaqqabılarını da soyunmağa razılaşır.

Kiçik təkkə ab-havasına büründürülmüş yerin səmimiyyəti, istiliyi onu o dəqiqə özünə cəlb edərək nə üçün gəldiyini də unutdurur.Gördüklərini anlamağa çalışırdı.Narahat hərəkətlərin əslində günorta namazına hazırlıq olduğunu daha sonra başa düşür. Müxtəlif yaşdan və sahədən olan bu insanların  hüzurlu hərəkətləri ona da  sakitlik verir.Qürbət əzabının dərin və ifadəsi mümkün olmayan  kədərini ülviləşdirən azanla, içində, lap ürəyinin ortalarında nəyinsə oyandığnı artıq hiss etmişdir.

          Şeyx Əli ondan onlara qoşulmaq istəyib-istəmədiyini soruşur.Artıq, mürdəşirin əlindəki ölüyə bənzəyən Stefan, – bəli,- deyir və ilk namaza hazırlaşan yeddi yaşındakı saf uşaq kimi əlindən tutaraq dəstamaz almağa aparırlar.Heç nə  başa düşməyərək və bilməyərək deyilənləri edir. Elə bilir ki,  bu dəqiqə sıraya düzüldükləri ilə  birlikdə sakitlik diyarına yüksəlib uçacaq.

          Namaz bitən kimi çay içib söhbət etməyə başlayırlar.Deyilən fikirləri bəyənir.Şeyx Əli ona kəlmeyi-şəhadət öyrədir. Əlindən tutub ayağa qaldırır.

“Artıq Stefan müsəlmandır və bizim qardaşımızdır”,- deyir.Mənəvi ab-hava o qədər səmimi və təbiidir ki,heç nəyə etiraz edə bilmir. Orada olan insanlara müraciət edərək:“Fikirləşə bilirsiniz?”,- deyir,-“Mənim kimi Avropalı biri öz istəyi ilə müsəlman oldu”.

Elm və məntiqi ilahlaşdırmış bir cəmiyyətin  insanı üçün qəribə deyil?Biz isə bunun heç də qəribə hal olmadığını, hissiyyatın, ürəyin istəyinin beyindən əvvəl təsir gücünə malik olduğunu bilirik.Hər şeyin sübutunu gözü ilə görməyəçalışanların bu hisslərdən qorxaqlığı var.Artıq insanlar başqa hissləri də tanımaq, anlamaq və yaşamaq istəyirlər.İslamın gerçəkləri də bu ehtiyacı tam doldurur.

          Ondan sonra da evin kira məsələsi həll edilərək müqavilə bağlanır.Evə qayıdarkən yaşadığı hadisələrin mənəvi sərxoşluğuna bürünmüşdür və o gecə çox az yata bilir.Çünki o, Şeyx Əlinin evini kirayə tutmuşdur. Əslində isə Şeyx Əli onun könül evinə möhürünü vurmuş, sənədini almışdır.Səhərə yaxın, yuxusunun ən dərin vaxtı qapısının zəngi çalınır.Olan iş deyil.Bu vaxtı ilk dəfə zəng çalınırdı.Qorxaraq hövlank yerindən qalxır…

          Gələn Şeyx Əlidir.Sübh namazı vaxtıdır.Günə, qulluq edərək başlamaq lazım olduğunu deyir ona.Makovskinin mübarizə aparmağa gücü yoxdur. Şeyx Əlinin ardınca düşür. Bəli, artıq o, Stefan Makovski yox, axtardığı sakitliyi tapan, əsl insanlığı tapan Hüseyin Əbdülfəttahdır.

Heç yoxdan qapı açan, yəni Fəttah olan Rəbbə şükür, indi o da başqalarının könül qapılarını açmağa, hidayət qapısını möhtaclar üçün  aralamağaçalışır.Həyatının son on ili get-gedə çoxalan çalışmalarla dolu idi.Bu İslam hekayəsini “Nəqşibəndiyyə üzümü” adlı bir əsərində nəql edir. Artıq,qrafika sənətini də xəttatlığa çevirmişdir.Əsmaül-Hüsnanı 99 ayrı tabloda yazır.Yeni əsəri isə, İslam təfəkkür və təsəvvüfünün qərb mədəniyyətinə necə təsir etdiyini sənədlərlə sübut edən bir əsər idi. Son olaraq da “Anima” jurnalında təsəvvüf və ibadətlər ilə bağlı yazısı nəşr olundu.

          Hüseyin Əbdülfəttahİslama xidmət eşqi ilə şövqlü bir insan idi. Sonralar Avstriya ilə Almaniya sərhəddinə yaxın bir ərazidə bir islam kəndi yaratmaq cəhdi göstərir. Kişi, qadın yüzlərlə  qərblinin hidayətinə vəsilə olur.

Hər zaman o, öz-özünə düşünürdü ki, İslam dini ilə tanış olmadan əvvəl necə bir insan idim, indi necəyəm?! Bu fikir hər nə zaman ağlına gəlsə içində, Allaha ona hidayət verdiyi üçün şükürlər edirdi.

Əslində biz müsəlmanlara  Stefanın həyat hekayəsi örnək olmalı və İslamın nə qədər dəyərli  nemət olduğu şuuru həyatımıza əks etməlidir.

Kamal Səlimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜƏSSİSƏLƏR VƏ FƏRDLƏR HƏR İL 1 TRİLYON DOLLARDAN ÇOX RÜŞVƏT VERİRLƏR

Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının plenar iclasında ilk dəfə korrupsiya və iğtişaşlar mövzusu müzakirəyə çıxarılıb. BMT-nin baş katibi Antonio...

Bağla