İSMAİL DEMİR: “AZƏRBAYCANLA ORTAQ LAYİHƏLƏRİMİZ VAR”

0

“Azərbaycanla ortaq layihələrimiz var”.

Yerli “Milliyet” qəzeti xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanın istifadə etdiyi Rusiya istehsallı Su-25 döyüş təyyarələrinin modernizasiyasından gedir: “Modernizasiyadan başqa, Su-25-lərin üzərinə bəzi silah sistemlərinin quraşdırılması, ağıllı sistemlərin əlavə olunması ilə bağlı layihələrimiz də var”.

İ.Demir bildirib ki, sözügedən layihə istiqamətində işlər davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan dini konfessiya rəhbərləri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər. Bu barədə...

Bağla