İSMAYILLIDA “MEDİA VƏ DİN” ADLI SEMİNAR TƏŞKİL OLUNUB

0

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün “Media və din” adlı üçgünlük seminar təşkil olunub.

Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun, Fondun Himayəçilik Şurasının üzvü, “SƏS” Media qrupunun rəhbəri Bəhruz Quliyevin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinlənilib, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Seminarda dini təhlükəsizlik istiqamətində ölkəmizdə son illər həyata keçirilən işlərdən danışılıb. Eləcə də bu istiqamətdə aparılan mübarizə tədbirlərindən söz açılıb.

Qeyd edilib ki, dini və mənəvi dəyərlərin təbliği fonunda medianın çox mühüm rolu var.

Ölkəmizin tolerant və multikultural dəyərlərə hər zaman sadiq olduğu bildirilib və dini ayrı-seçkiliyin yolverilməz olduğu vurğulanıb.

Bildirilib ki, fərqli məzhəb nümayəndələrinin qarşılıqlı şəkildə birgə ibadət etmələri dini və mənəvi dəyərlərə sadiqliyin bariz nümunəsidir.

Bundan başqa, İsmayıllı rayonunda yerləşən bir sıra məkanlara ekskursiya və gəzinti təşkil olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Şeyxülislamı təbrik etdi

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyası builki Həcc mövsümü ilə bağlı hazırlıq və sənədləşmə işlərini yüksək səviyyədə yerinə...

Bağla