İSRAİL 90 FƏLƏSTİNLİ MƏHBUSU AZAD EDİB

0

İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

İsrail Həbsxanalar İdarəsinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıb.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi daha əvvəl girovların azad edilməsi faktını təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Qonen (24 yaş), Emili Damari (28 yaş) və Doron Steynbrexerdir (31 yaş).

Onları İsrail hərbçiləri qarşılayıb və onların müşayiəti ilə İsrail ərazisinə gətirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAKIDA 20 YANVAR GÜNÜ BƏZİ YOLLAR BAĞLANACAQ

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə...

Bağla