İSRAİL POLİSİ MƏSCİDİ-ƏQSADA CÜMƏ NAMAZI QILANLARA HÜCUM EDİB

0

İsrail ilə Fələstin arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra rəsmi Tel-Əviv bu barədə açıqlama yayıb. Açıqlamanı verən İsrailin baş naziri Benyamin Netanyahu, bu müddət ərzində onlara dəstək verən ölkələrə təşəkkürünü bildirib.

“ABŞ prezidenti Co Baydenə ayrıca təşəkkür edirəm. Ona, məqsəd əldə etdikdən sonra əməliyyatları dayandıracağımızı demişdim. İsrailin Qəzzaya istiqamətlənmiş axırıncı əməliyyatı ilə Həmas ağır zərər verilmişdir. Bu zərbə ilə məqsəd hasil olmuşdur. Yeni və cəsarətli addımlar atdığımızı deyə bilərəm. Lazım gəlsə qurudan işğalı həyata keçirə bilərdik. Amma məqsədə çatmağın daha təhlükəsiz yolları olduğunu fikirləşdim. Qəzzadan yeni raket atılacağı təqdirdə cavabımız çox güclü olacaq.” – deyə baş nazir bildirib.

Gecə saat 02.00-da atəşkəs razılaşmasının qəbul edilməyinə baxmayaraq İsrail polisi bu gün Məscidi-Əqsada cümə namazı qılan müsəlmanlara səs bombaları ilə hücum edib.

Fələstinin səhiyyə naziri bildirib ki, İsrailin bölgədə keçirdiyi 11 günlük hərbi əməliyyatlarda 66 uşaq, 39 qadın olmaqla 243 nəfər dünyasını dəyişib, 1910 nəfər yaralanıb.

Mənbə: haber7.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DUANIN PSİXOLOJİ FAYDALARI

Dua etmə ehtiyacı, hər bir insanda yaradılışdan var olan bir ehtiyacdır. Ona görə də bütün dinlərdə dua ritualının xüsusi yeri...

Bağla