İSRAİL POLİSİ NAMAZ QILAN FƏLƏSTİNLİLƏRƏ HÜCUM EDİB – VİDEO

0

İsrail polisi işğal altında olan Şərqi Qüdsəki Məscidi-Əqsa ərazisində yerləşən “Qiblə” məscidində işa namazı qılan möminlərə hücum edib. “Anadolu” xəbər agentliyi bildirir ki, İsrail polisi hücum vaxtı səs bombalarından və plastik güllələrdən istifadə edib.

Həmçinin Məscidi-Əqsanın yerləşdiyi Köhnə Şəhər bölgəsinin Dəməşq qapısı və Sahirə qapısında da İsrail polisi burada olan fələstinlilərə hücum edib. Həmin qapılarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərən polislər, Köhnə Şəhərə giriş-çıxışları nəzarət altına alıblar.

Qüds İslami Vəqflər Komitəsi hücum nəticəsində çox sayda müsəlmanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını deyib. Bildirilib ki, Məscidi-Əqsa, Dəməşq qapısı və Cərrah məhəlləsində törədilən hücumlar nəticəsində yaralananların sayı 178 olub.   

Xatırladaq ki, bir gün əvvəl bir qrup fanatik yəhudi İftar edən fələstinlilərə hücum edərək onların iftar süfrələrini dağıtmışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLİN ƏN FƏZİLƏTLİ GECƏSİ: QƏDR GECƏSİ

Qədr gecəsi nədir? Bildiyimiz kimi, zamanlar və məkanlar orada meydana gələn əhəmiyyətli hadisələrlə dəyər qazanar. Ərəb dilində buna dair bir...

Bağla