İSRAİL REJİMİ “ƏL-ƏQSA”-YA HÜCUM ETDİ: İMAMLAR DÖYÜLDÜ

0

Qübbətüs-Səhra məscidində reyd keçirilib.
İsrail rejiminin polisi Qübbətüs-Səhra məscidində keçirdiyi reyd zamanı “əl-Əqsa” məscidinin imamları və işçilərinə hücum edib.

Qüdsün İslam Fondlarının İdarəsinin mətbuat katibi Firas Dibs bildirib ki, İsral polisi “əl-Əqsa”ya giriş-çıxışı bağlayıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri Qüds şəriət məhkəməsinin və Qüdsün İslam Fondları İdarəsinin başçısı olan Vasıf əl-Bəkrini və “əl-Əqsa” məscidinin Fondunun İdarəsinin başçısı Ömər əl-Kisvanini döyüblər.

O, İslam dininin müqəddəs məkanlarından olan “əl-Əqsa” məscidi ilə bağlı gərginliyin qarşısını almağa dair çağırış edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİ ZELANDİYADA İKİ MƏSCİDDƏ ATIŞMA OLUB, 27 NƏFƏR ÖLÜB

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb. Bu barədə mənbələrə istinadən “Stuff” portalı məlumat yayıb.

Bağla