İSTANBUL KÖRPÜSÜ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

0

Türkiyənin İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü münasibətilə işıqlandırılan tarixi Fateh Sultan Mehmet körpüsü əhalinin və İstanbulda yaşayan azərbaycanlıların marağını cəlb edib.

Qeyd edək ki, dünən Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olub.

Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ANKARANIN ATAKULE QÜLLƏSİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİ İLƏ İŞIQLANDIRILIB

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının...

Bağla