Koronovirusla mübarizə səbəbindən bütün dünyadakı məscidlərdə kütləvi ibadətlər dayandırılsa da, Türkiyədəki məscidlərdə 5 əsrlik Osmanlı ramazan ənənəsi bu il də yaşadılacaq. Yerli mətbuatın yaydığı məlumata görə İstanbuldakı bəzi məscidlərdə “mahya” nümayiş ediləcək.
Mahya ənənəsi sultan I Əhməd dövründə, “Sultan Əhməd” məscidində başladılıb və 450 ildir hər ramazan ayında davam edir.
Mahya – ən azı iki minarəsi olan məscidlərdə minarələrin arasında bağlanmış iplərdə işıqlarla yazılan yazıdır. Burada əsasən Quran ayəsi, Hədisi-Şərif və ya ramazan ayının əhəmiyyəti barədə sözlər yazılır.
Daha əvvəl mahyalar yağ qəndilləri ilə, cumhuriyyətin qurulmasından sonra elektrik lampası ilə işıqlandırılır.
Mahyalar İstanbul ilə yanaşı Bursa və Ədirnə şəhərindəki bəzi məscidlərdə də quraşdırılır.