Uzun illər müzakirələrə səbəb olan və 4 il əvvəl təməli qoyulan Türkiyə İstanbul şəhərinin Beyoğlu rayonundakı Taksim məscidinin sabah açılışı olacaq.
Bu barədə Türkiyə Diyanet komitəsinin sədri Əli Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.
“Memarlığı və daxilində olan bölmələri ilə bir kompleks olmaq xüsusiyyətinə malik Taksim məscidinin 28 may günü cümə namazı ilə istifadəyə veriləcək.
Uca Allah qiyamətə qədər minarələrindən azan səslərini əskik eləməsin. Millətimiz və bütün İslam dünyası üçün xeyirli olsun.” – deyə Erbaş paylaşımında bildirib.
Mimarisi ve içerisinde yer alan bölümleriyle bir külliye olma özelliği taşıyan Taksim Camii, 28 Mayıs’ta Cuma namazı ile birlikte ibadete açılıyor.
Cenab-ı Hak kıyamete kadar minarelerinden ezan seslerini eksik etmesin. Milletimize ve tüm İslam alemine hayırlı olsun. pic.twitter.com/v4GYG44xYO— Prof. Dr. Ali Erbaş (@DIBAliErbas) May 27, 2021