Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonundakı məşhur İstiqlal küçəsində çox sayda mülki insanın ölməsi və yaralanması ilə nəticələnən partlayış baş verib. Partlayış nəticəsində 6 nəfərin dünyasını dəyişdiyi, 53 nəfərin isə yaralandığı bildirilib.
Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
“Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik”, – o tivter hesabında yazıb.