Türkiyənin İstanbul şəhərində, “Quran nəsli platformu”nun təşkilatçılığı ilə “Həyat namazla gözəldir” tədbiri keçirilib.
İstanbul Kartal rayonu “Soğanlık” məscidində keçirilən tədbirdə iştirak edən uşaqlar iki rəkat nafilə namaz qılıblar.
Qurani-Kərim tilavəti ilə başlayan tədbirdə daha sonra uşaqlar əzbərlədikləri Quran ayəsi və Hədisi-şərifləri oxuyublar. Şeir və ilahilərlə davam edən tədbirin sonunda müsabiqə keçirilib və dua edilib.
Tədbir barədə açıqlama verən “Quran nəsli platformu”nun sözçüsü Günay İşeri, Həzrəti Muhammədin ﷺ namaz barədə “gözümün nuru” və “dinin dirəyi” dediyini xatırladıb.
“Bu qədər əhəmiyyətli bir ibadəti uşaq yaşlarında öyrəniblər. Buna görə uşaqları və ailələrini təbrik edirəm. namaz qılan bir ictimaiyyətin faydasını həmişə hər yerdə görəcəyik inşallah. Namazsız həyatın heç bir əhəmiyyəti yoxdur.” – deyə İşeri qeyd edib.