İSTANBULDA TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIQ MÜKAFATLARI TƏQDİM EDİLİB

0

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbir bu il dördüncü dəfə baş tutub.

“Bir millət, iki dövlət” şüarı altında keçirilən mərasimdə ötən illərdən fərqli olaraq bu dəfə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü qeyd olunub.

Mərasimdə hər iki qardaş ölkənin nümayəndələrinə, sənət, siyasət, idman və iş dünyası nominasiyaları üzrə mükafatlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC də təltif olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜ QEYD OLUNUR

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə...

Bağla