İSTANBULUN RƏMZLƏRİ AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB

0

28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin tarixi abidələri və körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyatı dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəsini birləşdirən körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Kompozisiya yerli vətəndaşlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN GÖRÜŞÜ OLUB

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq...

Bağla