İSVEÇ APELYASİYA MƏHKƏMƏSİNDƏN HİCABA DƏSTƏK QƏRARI

0

Qeteborq appelyasiya məhkəməsi, İsveç inzibati məhkəməsinin hicab qadağasının əleyhində qəbul etdiyi qərarı təsdiqləyib.

Skurup ve Staffanstorp bələdiyyələri əvvəlki illərdə uşaq bağçalarında və ibtidai siniflərdə hicabı qadağan etmişdi. İsveç inzibati məhkəməsi isə konstitusiyaya zidd olduğunu bildirərək bu yasağı ləğv edib. Qeteborq appelyasiya məhkəməsi məhkəmənin bu qərarını təsdiqləyib.

“Başı və ya saçı örtmək müxtəlif dinlərdə ənənə olmuşdur. Bu, dini inancdan ilham alınan və ya motivasiya edilə bilən və fərdin dini inancından irəli gələn bir şeydir. Həmçinin bunu ifadə azadlığının bir işarəsi kimi də görmək olar və dini vəya ənənəvi adətlərin nəticəsi də ola bilər. Appelyasiya məhkəməsinin qənaəti budur ki, bələdiyyənin qərarı fərdin dini inancını ifadə azadlığını, konstitusiya ilə qorunan din azadlığına zidd şəkildə məhdudlaşdırır. Həmçinin bu qərar Avropa konvensiyasına da ziddir. Bu, bələdiyyənin qərarının qanunsuz olduğunu göstərir. Bu səbəblə də inzibati məhkəmə bələdiyyənin qərarını ləğv edərək düzgün addım atmışdr.” – deyə appelyasiya məhkəməsinin qərarında bildirilir.   

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN DİNİ KOMİTƏSİNDƏN HƏCC ZİYARƏTİ QƏRARI

Türkiyənin “Diyanet” komitəsi Həcc və Ümrə departamenti 2021-ci il Həcc ziyarəti barədə iclas keçirib. Qurumun sədri Əli Erbaşın da iştirak...

Bağla