İsveçin xarici işlər naziri, İsrailin Qəzzaya tətbiq etdiyi mühasirənin dayandırılaraq humanitar yardımların bölgəyə çatdırılmasının təmin edilməli olduğunu deyib. Ölkə parlamentində çıxış edən XİN rəhbəri Marqo Uolstryom regionda vəziyyətin kritik həddə çatdığını vurğulayıb.
“Regionda vəziyyət kritik həddə çatıb. Mart ayından bəri bölgədə davam edən aksiyalarda 136 nəfər ölüb, az yaşlı uşaqların da olduğu 15 mindən çox insan yaralanıb. İsrail Qəzzaya tətbiq etdiyi mühasirəni dayandırmalı və sərhədləri açaraq humanitar yardımların və tibbi vəsaitlərin bölgəyə çatdırılmasını təmin etməlidir. Avropa Şurası ölkələri işğalın dayandırılması və yardımların Qəzzaya çatdırılması üçün daim İsrailə müraciət edir. İsveç bundan sonra da İsrailə xəbərdarlıq etməyə davam edəcək.” – deyə İsveçin baş diplomatı bildirib.
ŞİRƏLİ MƏMMƏDOV