İSVEÇDƏ İRANLI QADIN POLİS MÜHAFİZƏSİ İLƏ QURAN NÜSXƏSİNİ YANDIRIB

0

İsveçin paytaxtı Stokholmda Qurani-Kərim növbəti dəfə təhqir edilib.

İran əsilli 47 yaşlı Bəhrami Mərcan Stokholmun Bromma bölgəsindəki Angbybadet çimərliyində polisin himayəsi altında Quran nüsxəsini yandırıb.

Quran nüsxəsini yandıran qadın, bütün dinlərin məhv edilməsinin lazım olduğunu ifadə edib.

Mərcan manqalda Quran yandırarkən, polis ərazidə təhlükəsizlik tədbirləri görüb.

İSVEÇDƏ QURANA HÜCUMLAR

Danimarkalı ifrat sağçı siyasətçi və İstiqamət Partiyasının lideri Rasmus Paludan 2022-ci ildə Pasxa bayramları zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq şəhərlərində və paytaxt Stokholmda Qurani-Kərimin yandırılması təxribatlarını törədib.

Paludan yanvarın 21-də Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandırıb.

İraq əsilli Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən iyunun 28-də Stokholm məscidinin qarşısında polisin himayəsi altında Quranı yandırıb.

Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNƏ YENİ BAŞ QƏRARGAH RƏİSİ TƏYİN OLUNUB

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub. Bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb...

Bağla