İSVEÇDƏ MÜSƏLMAN QADINA TƏZMİNAT ÖDƏNƏCƏK

0

İsveç məhkəməsi inancı səbəbilə hicab geyindiyi üçün ayrı-seçkiliyə məruz qalan müsəlman qadına təzminat ödənməsinə qərar verib.

Bu barədə İsveç Ombudsman aparatı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Norland bələdiyyəsinə aid qocalar evində işləyən müsəlman qadına hicabımı çıxarması, əks təqdirdə işdən qovulacağı barədə xəbərdarlıq edilib.

“Məhkəmənin apardığı tədqiqat nəticəsində müsəlman qadının bu xəbərdarlıqla ayrı-seçkiliyə məruz qaldığına, zərərçəkmişin işdən çıxarılmasının dayandırılmasına və bələdiyyənin ona 70 min kron (təqribən 11 235 azn) təzminat ödəməsinə qərar verilib.” – deyə bəyanatda qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEVLƏ RƏCƏB TAYYİB ƏRDOĞAN TELEFONLA DANIŞIBLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı dünən Brüsseldə Azərbaycan...

Bağla