İsveçdə Qurani-Kərimi yandıran İraq əslli Salvan Momikaya mane olmağa çalışan etirazçılar polis tərəfindən saxlanılıb.
Hadisə İsveçin Malmö şəhərində müsəlmanların kompakt yaşadığı Varnhemstorqet bölgəsində baş verib.
Məlumata görə, Salvan Momika polislərin mühafizəsi altında Qurani-Kərimi təhqir edərkən ətrafda yüz nəfərə yaxın etirazçı toplaşıb.
Toplaşan müsəlmanlar hadisəyə etiraz edərək Momika və polisə, daş və su şüşələri atıblar.
Etirazçılara müdaxilə edən polis 15 nəfəri saxlayıb. Aksiyada zorakılıq halı müşahidə etdiyini bildirən polis bölgədə növbə çəkməyə başlayıb.
Xatırladaq ki, İsveç və Danimarkada Qurani-Kərim müxtəlif tarixlərdə təhqir edilib. Bu ölkələrin hökumətləri “söz azadlığı” adı altında izn verərək bu aksiyaların mühafizəsi üçün polis təmin ediblər.