İsveçin Malmö şəhərində müqəddəs Qurani-Kərimi əvvəl təpikləyən, sonra yandırmağa cəhd edən danimarkalı siyasətçilər həbs edilib.
Məlumata görə, “İstiqamət” partiyasının sədri, danimarkalı Rasmus Paludan isveçli küçə rəssamı Dan Park ilə birlikdə 2 həftədir müsəlmanları təxribata çəkmək istəyirmiş.
Onlar, cümə namazı vaxtı məscidin yaxınlığında Qurani-Kərimi yandırmaq üçün polisdən izn istəyiblər. amma polis təhlükəsizlik səbəbindən belə bir aksyiyaya izn verməyib. Pauldanın, Malmönün başqa bir tərəfində eyni aksiyanı keçirmək cəhdinə də polis izn verməyib. Pauldan bu barədə Malmö inzibati məhkəməsinə müraciət etsə də, məhkəmə polisin qərarını qüvvədə saxlayıb.
Malmödəki meydanlardan birində iznsiz aksiya keçirmək istəyən Pauldan, partiyasının üzvü olan 3 danimarkalı ilə birlikdə müqəddəs Quranı təpikləyərək yandırmağa cəhd edib.
Yerli polis isə bu təxribatın qarşısını alaraq aksiyaçıları saxlayıb. Akiaçılar daha sonra ölkədən deportasiya edilib, onlardan Rasmus Pauldanın, iki il müddətə İsveçə girməsinə qadağa qoyulub.