İSVEÇDƏ QURANIN YANDIRILMASININ TƏŞKİLATÇISINA HÖKM OXUNDU

0

Stokholm Dairə Məhkəməsi Qurani-Kərimin yandırılması ilə bağlı aksiyanın təşkilatçısı Salvan Nacemi təqsirkar sayıb.

Bu barədə sözügedən məhkəmə instansiyasının saytında məlumat verilib.

Məlumata görə, yanvarın sonunda güllələnmiş Salvan Momika ilə əlbir olan S.Nacem milli əlamət üzrə nifrətin qızışdırılmasında təqsirkar bilinib. Onun barəsində şərti cəza və cərimə hökmü çıxarılıb.

Məhkəmənin qərarında deyilir:

“Dairə Məhkəməsi hesab edir ki, motiv İslam dininin tənqidi olsa belə, hərəkətlər və davranışlar faktiki müzakirə və tənqiddən kənara çıxıb. Bütün hallarda aksiya iştirakçıları müsəlmanlara nifrət ifadə ediblər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CƏMİYYƏT BİZİM ÜÇÜN NƏ İFADƏ EDİR?

Bəzən insanlar zənn edir ki, cəmiyyətlər bir-birindən xəbərsiz insan selindən ibarətdir. Cəmiyyətin sadəcə insan selindən ibarət olduğunu düşünmək səthi bir...

Bağla