İSVEÇDƏ YANDIRILAN MƏSCİD İSTİFADƏYƏ YARARSIZ HALA DÜŞDÜ

0

İsveçin Eskilstuna şəhərinin Arbi rayonunda məsciddə yanğın baş verib. İsveçin dövlət radiosu SR-yə açıqlama verən məscidin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ənəs Deneçe yanğının qəsdən törədildiyini ehtimal etdiklərini deyib.

Deneçe, məscidin yaxınlığında oturan bir ailə tərəfinfən 1 ildir hədələndiklərini deyib.

“Polis qeydlərində var ki, 1 ildir həmin ailə tərəfindən hədələnirik və zorakılığa məruz qalırıq. Biz inanırıq ki, bu yanğın qəsdən törədilib.” – deyə Deneçe qeyd edib.

Faktla bağlı açıqlama yayan yerli polis, məscidin istifadəyə yararsız hala düşdüyünü bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU AXŞAM MÖVLUD GECƏSİDİR 

Bu axşam – rəbiul-əvvəl ayının 11-ni 12-nə bağlayan gecə İslam peyğəmbəri Həzrəti Muhammədin ﷺ dünyanı şərəfləndirdiyi gecədir. İslamveirfan.com xəbər verir...

Bağla