İsveçlilərin əksəriyyəti Quranın yandırılmasının yasaqlanmasını istəyir

0

İsveçlilərin əksəriyyəti Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasının yasaqlanmasını istəyir.

Bu, ölkədə keçirilən ictimai sorğu nəticəsində məlum olub. “Sifo” tədqiqatlar şirəkinin keçirdiyi anketdə, iştirakçıların 51%-i müqəddəs kitabların yandırılmasının yasaqlanmasını istəyib.

Anketdə iştirak edənlərin sadəcə 34%-i “Söz azadlığı” çərçivəsində müqəddəs kitabların yandırılmasına razılıq verib. İştirakçıların 15%-i isə bu suala cavab verməyib.

Xatırladaq ki, İsveç və Danimarka vətəndaşı, “İstiqamət” partiyasının lideri Rasmus Pauldan dəfələrlə söz azadlığı çərçivəsində Qurani-Kərimi yandırıb. Ölkə rəsmiləri bu aksiyaya izn versə də, Pauldanın Tövrat yandırmaq təşəbbüsünə izn verilməyiblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN HƏRBÇİSİ MİNAYA DÜŞƏRƏK ŞƏHİD OLUB

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya...

Bağla