İTALİYADA KİLSƏNİ MƏSCİD ETMƏK İSTƏYİRLƏR

0

İtaliyanın cənubundakı Bergamo şəhərində bir müsəlman cəmiyyətin yerli kilsəni satın alıb məscidə döndərmək planı mübahisələrə səbəb olub.

Lombardiya bölgəsinin Bergamo şəhərində Ospedali Riuniti xəstəxanasına aid katolik kilsə keçən ay açıq hərraca çıxarılıb.

Bildirir ki, katolik kapusin təriqətinə aid olan həmin kilsə 2015-ci ildə pravoslavların istifadəsinə verilmişdi, ötən ay keçirilmiş hərracda isə kilsə 450 min avroya Bergamo Müsəlmanlar Dərnəyinə satılıb.

Dərnək kilsəni satın aldıqdan sonra onu məscidə çevrirmək planlarını açıqlayıb.

Radikal sağcı “Lega” partiyasının nəzarətində olan Lombardiya bölgəsinin administrasiyası iki il əvvəl yerli qanunverciliyə bölgədə məscid yaradılması planlarını əngəlləyən məhdudiyyətlər salmışdı.

2015-ci ildə təsdiqlənmiş həmin normalar “məscid əleyinə qanun” kimi tanınır.

Məhdudiyyətləri adlamaq üçün Bergamodakı müsəlman icması yeni məscid tikmək əvəzinə kilsə binasını alıb.

“Lega” partiyası və sağçı mövqedən çıxış edən bəzi qəzetlər kilsənin məscidə çevrilməsi planlarına qarşı etiraz bildirib.

Sağçı mediada bu mövzuda dərc edilən məqalələrdə deyilir ki, müsəlmanlar “İsanı kilsədən çıxarır”.

“Lega” partiyasını təmsil edən deputatlar Daniele Belotti və Alberto Ribolli hərracın necə keçirildiyini araşdıracaqlarını və nəticələrini ləğv etmək üçün bir səbəb axtaracaqlarını bildiriblər.

Lombardiyanın prezident Attilio Fontana qalmaqalın böyüməsilə bağlı bildirib ki, rəsmi dairələr hərracın nəticələrini ləğv etmək hüququna malikdir.

“Lega” partiyasının üzvü olan Fontana qeyd edib ki, sözügedən kilsənin divarlarını bədii əsərlər bəzədiyindən, binanın satışını ləğv etmək imkanı mövcuddur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DİNİ EKSTREMİZM VƏ RADİKALİZMLƏ MÜBARİZƏ MƏQSƏDİLƏ TƏLİMLƏRİN TƏŞKİLİ” – LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ROYONLARDA SEMİNAR KEÇİRİLİB.

Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə həyata keçirilən “Dini ekstremizm...

Bağla